Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsonla müsahibəsində ABŞ-ı Ukrayna ilə bağlı danışıqlara çağırıb: o, hərbi əməliyyatlara son qoymaq üçün ərazisinin Rusiyaya verilməsi ilə bağlı “müqavilə bağlamağı” təklif edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “The New York Times” yazır.

Rusiya lideri Ukraynada xüsusi hərbi əməliyyatın hərbi qələbə ilə deyil, Qərblə razılaşma ilə başa çatacağı fikrini ifadə edib.

“Rusiya ilə danışıqlar aparmaq daha yaxşı olmazdımı? "Razıyam", - Putin deyib.

Rusiya prezidenti Qərb ölkələrini Rusiyaya və onun maraqlarına hörmətlə yanaşmağa, habelə müəyyən həll yollarını axtarmağa çağırıb.

Taker Karlson Rusiya dövlətinin başçısı ilə müsahibədən sonra bildirib ki, Vladimir Putin onunla müsahibə zamanı fikrini səmimiyyətlə bildirib. O, Putini çox ağıllı həmsöhbət adlandırıb və deyib ki, buna heç bir şübhə yoxdur.

​ E.ŞİRİNOV