Gürcüstanın baş naziri İrakli Kobaxidze yeni Nazirlər Kabinetinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Tezadlar.az bu barədə TASS-a istinadən xəbər verir.

“Gürcüstan parlamentinin plenar iclasında İrakli Kobaxidzeyə və hökumətin tərkibinə etimad göstərdikdən sonra Gürcüstanın baş naziri İrakli Kobaxidze nazirlərin vəzifələrə təyin edilməsi haqqında sərəncam verib. Sərəncam verildiyi andan bütün nazirlər rəsmən öz vəzifələrinin icrasına başlayıblar”, - deyə hökumətin mətbuat xidmətindən bildirilib.

Hökumətin tərkibi bir istisna ilə olduğu kimi qalıb. Baş nazir Xuanşer Burçuladzenin yerinə İrakli Çikovani müdafiə naziri vəzifəsinə təyin edib.

Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili yanvarın 29-da istefa verdiyini açıqlayıb. Fevralın 8-də parlament Kobaxidze hökumətinə etimad səsverməsi keçirib. Daha sonra müvafiq sənədləri respublika prezidenti Salome Zurabişvili imzalayıb.

E.ŞİRİNOV