Daxili İşlər Nazirliyi vətəndaşlıq almaq üçün şərtlərin sərtləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlayıb.

Tezadlar.az xəbər verir ki, beləliklə, Finlandiya pasport almaq üçün ölkədə tələb olunan yaşayış müddəti beş ildən səkkiz ilədək artırılacaq.

Üstəlik, bu səkkiz il ərzində ərizəçi Finlandiyadan kənarda bir ildən çox olmayaraq, vətəndaşlıq üçün müraciət etməzdən əvvəl son bir ildə isə üç aydan çox vaxt keçirə biləcək. Finlandiya hakimiyyəti yeni potensial vətəndaşların bu yolla cəmiyyətə daha yaxşı inteqrasiyasını istəyir. Bundan əlavə, beynəlxalq müdafiəyə müraciət edənlər üçün müddət indiki kimi sığınacaq üçün ərizənin verildiyi gündən deyil, yaşayış icazəsinin alındığı tarixdən hesablanacaq.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Finlandiya hakimiyyəti Rusiya ilə sərhədin vəziyyəti ilə bağlı dialoq istəmir və bu məsələni sərhəd xidmətləri səviyyəsində müzakirə etməkdən bilərəkdən yayınır. Diplomat həmçinin qeyd edib ki, ölkələr arasında kommunikasiyaların bağlanmasına görə məsuliyyət tamamilə Finlandiya hakimiyyətinin üzərinə düşür.

E.ŞİRİNOV