"Sosial şəbəkələrdən müntəzəm istifadə insanların ruhən yorğunluqlarının, intiharların başlıca səbəbi ola bilər".

Belə bir iddia ilə ilahiyyatçı Hacı Samir Əzizov açıqlama verib.

Onun sözlərinə görə, əksər insanların istifadə etdiyi tik-tok sosial şəbəkəsi buna örnək göstərilə bilər: "Əksəriyyəti 1 dəqiqəlik olan videolar insanları fərqli emosional hallara salır. Adam yarım saat ərzində, 30 videoya baxmaqla gah hirslənir, gah sevinir, gah da ağlayır, gülür və s. Bu da ruhumuzu yorur, yükləyir. Mənəvi boşluq yaşayan bir insan üçün bu gərginlik yarada bilər".

E.ŞİRİNOV