Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs təklifini İsraillə nizamlanma danışıqları prosesində vasitəçi olan ölkələrə göndərib ki, bu da İsrail tərəfindən 700-1000 fələstinli məhbusun azad edilməsi müqabilində israilli qadınların, uşaqların, qocaların və Fələstinin xəstələrinin azad edilməsinin birinci mərhələsini əhatə edir.

Tezadlar.az xəbər verir ki, bu barədə Reuters agentliyi sənədə istinadən məlumat yayıb.

“Həmas vasitəçilərə girovların və əsirlərin mübadiləsini ehtiva edən atəşkəs təklifi göndərib”, - nəşr yazır.

HƏMAS girov və əsirlərin ilkin mübadiləsindən sonra daimi atəşkəs üçün tarix barədə razılığa gələcəyini bildirib. Fələstin qrupu həmçinin sənəddə planın ikinci mərhələsində hər iki tərəfdən olan bütün məhbusların azad ediləcəyini bildirib. Lakin qeyd olunan mərhələlərin vaxtı dəqiqləşdirilməyib.

Bundan əvvəl HƏMAS Siyasi Bürosunun lideri İsmayıl Haniyə müsəlmanların müqəddəs Ramazan ayı ilə bağlı müraciətində bildirmişdi ki, İsrail Qəzza zolağında saxlanılan girovlarını geri qaytardıqdan sonra dərhal hərbi əməliyyatları bərpa etməyə hazır olacaq.

E.ŞİRİNOV