Crocus City Hall-da törədilən terror aktı nəticəsində beşi uşaq olmaqla 152 nəfər xəsarət alıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

4-ü uşaq olmaqla 114 nəfər xəstəxanalara çatdırılıb. Hücum nəticəsində üçü uşaq olmaqla 133 nəfər həlak olub.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, 50 qurbanın şəxsiyyəti müəyyən edilib.

Xatırladaq ki, martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı Krasnoqorskdakı Crocus City Hall binasında terror aktı baş verib. “Piknik” qrupunun konserti başlamazdan əvvəl bir qrup kamuflyajlı kişi zala soxularaq pulemyotlardan atəş açmağa başlayıb. İnsanlara tüfəngdən atəş açır, yandırıcı bombalar atırdılar.

Bryansk vilayətində terror aktını törədən 4 nəfər tapılaraq saxlanılıb. Onlar Ukrayna ərazisində gizlənməyə cəhd ediblər. Ümumilikdə 11 nəfər saxlanılıb.

Martın 24-ü ölkədə həlak olanlar üçün milli matəm günü elan edilib.

​​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV