"Crocus City Hall"da törədilən terror aktı nəticəsində ölənlərin sayı 137 nəfərə çatıb.

Tezadlar.az xəbər verir ki, bu barədə RF İK-nin mətbuat xidməti məlumat verib.

"Ölənlərin meyitlərinin tanınması davam etdirilir. Hazırda terror aktı yerindən 3-ü uşaq olmaqla 137 nəfərin meyiti tapılıb. Hadisə yerinə baxış davam edir. Bu günə kimi 62 meyit müəyyən edilib”, - məlumatda deyilir.

​​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV