Moskva vilayətinin səlahiyyətliləri Crocus City Halldakı terror aktının 15 qurbanına kompensasiya ödəyiblər.

Bu barədə jurnalistlərə regionun sosial inkişaf naziri Lyudmila Bolataeva məlumat verib.

"Bu günə qədər ödənişlərə gəlincə: Moskva vilayəti artıq 15 qurbana pul ödəyib və bu iş davam edir", - o deyib.

Bundan əvvəl Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, Moskva hökuməti ilə birlikdə “Krokus”da terror aktı nəticəsində həlak olanların və yaralananların ailələrinə təzminat ödənilməsi barədə qərar qəbul edilib. Ölənlərin ailələrinə 3 milyon rubl təzminat ödəniləcək. Xəstəxanalarda müalicə alan qurbanların hər birinə 1 milyon rubl, ambulator müalicə alan zərərçəkənlərə isə 500 min rubl veriləcək. Moskva vilayətində qeydiyyatda olan, atası və ya anası faciə nəticəsində dünyasını dəyişən uşaqlara aylıq ödənişlər veriləcək.

E.ŞİRİNOV