Tailand parlamentinin birinci palatası eyni cinsdən olan vətəndaşların evlənməsinə icazə verən qanun layihəsini qəbul edib.

Milli Assambleyanın 400 nümayəndəsi qanun layihəsinin təşviqinə səs verib, 10 parlamentari eynicinsli nikahların əleyhinə çıxıb, - “Thairath” qəzeti yazır.

Qanunun qüvvəyə minməsi üçün onun Senat tərəfindən təsdiqlənməsi lazımdır. Tailand kralı Maha Vajiralonqkorn da eynicinsli nikahları dəstəkləməli olacaq.