Düşənbədə “Crocus City Hall”da terror aktı törətməkdə təqsirləndirilən şəxslərin yaxınlarının dindirilməsi bir neçə gündür ki, davam edir.

Tezadlar.az bildirir ki, bu barədə Tacikistanın təhlükəsizlik güclərindəki mənbəyə istinadən xəbər verilir.

Hələlik terror aktı ilə bağlı yeni şübhəlilər yoxdur.

Əvvəllər bildirilib ki, terror aktında ittiham olunanların hamısı Rusiyaya getməzdən əvvəl Düşənbə yaxınlığında - Vəhdət, Hisar şəhərlərində və Rudəki rayonunda yaşayıblar.

Respublika Prezidenti Emoməli Rəhmon vəziyyəti şəxsi nəzarətinə götürüb.

Xatırladaq ki, “Crocus City Hall”da terror aktı martın 22-də axşam saatlarında baş verib. Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, 143 nəfər həlak olub.

Bu günə kimi 11 şübhəli, o cümlədən dördü hücumun birbaşa iştirakçısı saxlanılıb. FTX-nin məlumatına görə, terrorçular Rusiya-Ukrayna sərhədini keçməyi planlaşdırıblar.

E.ŞİRİNOV