İsrail hakimiyyəti İrandan gələn hücum təhlükəsi ilə bağlı bağlanan ölkənin hava məkanını açıb.

Tezadlar.az xəbər verir ki, Bu barədə İsrail Hava Limanları İdarəsi məlumat yayıb.

“Təhlükəsizlik xidmətlərinin göstərişinə əsasən, səhər saat 07:30-a (Bakı vaxtı ilə 08:30) İsrail Dövlətinin hava məkanı açıq olub, Ben Qurion hava limanı fəaliyyətini bərpa edib”, - deyə məlumatda qeyd edilib.

Departament qeyd edib ki, Ben Qurion hava limanında iş qrafiki dəyişəcək. Sərnişinlərdən ən son uçuş məlumatları üçün aviaşirkət və hava limanının internet saytlarını yoxlamaları xahiş olunur.

E.ŞİRİNOV