İran İsrailə qarşı əməliyyatını başa çatdırıb, lakin lazım gələrsə, əlavə tədbirlər görməyə hazırdır.

Tezadlar.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri məlumat verib.

İranın dövlət televiziyası “Press TV”-nin verdiyi məlumata görə, “Bizim nöqteyi-nəzərimizdən əməliyyat başa çatıb, lakin silahlı qüvvələr hazırdır və lazım gələrsə hərəkətə keçəcək”.

E.ŞİRİNOV