ABŞ-ın keçmiş prezidenti Donald Tramp Pensilvaniyada tərəfdarları qarşısında çıxışı zamanı deyib ki, ABŞ öz zəifliyini dünyaya göstərdiyi üçün İsrail İran tərəfindən hücuma məruz qalıb.

Onun sözlərinə görə, Vaşinqton təhlükədə olan hər kəsə dəstək verir.

“Hazırda İsrail sakinləri hücuma məruz qalırlar. Bunun səbəbi bizim böyük zəiflik göstərməyimizdiir. Göstərdiyimiz zəiflik inanılmazdır və biz hakimiyyətdə olsaydıq, belə olmazdı. Siz bilirsiniz ki, bunu hamı bilir”, - Tramp bildirib.

Keçmiş Amerika lideri hesab edir ki, İranın hücumlarının qarşısı alına bilərdi. Tramp əlavə edib ki, Vaşinqton İsrail xalqı üçün dua edir.

E.ŞİRİNOV