İran İsrailə hücum etməklə Tehranın cavab vermək üçün vasitələri olduğunu göstərmək istəyirdi.

Tezadlar.az xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Hüseyn Əmir Abdullahian CNN telekanalında bildirib.

Onun sözlərinə görə, əsas məqsəd İsrail hökumətinə aydın mesaj verməkdir. Diplomat izah edib ki, 13 aprel hücumu “məhdud xarakter daşıyır və minimum çərçivədən kənara çıxmayıb”.

“Bir daha təkrar edirəm: biz regionda xaosun, müharibənin və gərginliyin genişlənməsinin əleyhinəyik”, - o vurğulayıb.

Aprelin 1-də İsrail Suriyanın paytaxtı Dəməşqdə İran səfirliyinin yanındakı binaya zərbələr endirib. Daha sonra Suriya Müdafiə Nazirliyi hücum nəticəsində İran konsulluğunun dağıdıldığına aydınlıq gətirib.

Aprelin 13-dən 14-nə keçən gecə isə İran İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 yer-yer raketi atıb. Tehran bunu diplomatik missiyasına vurulan zərbəyə cavab adlandırıb.

E.ŞİRİNOV