Daşqınlardan zərər çəkmiş Orenburq vilayətinin Orsk şəhərində evlərin 75,5%-ni sel suları tərk edib.

Tezadlar.az bildirir ki, bu barədə şəhərin meri Vasili Kozupitsa öz Telegram kanalında məlumat verib.

“Son 24 saat ərzində daşqınlardan zərər çəkmiş evlərin 75,5%-nin suyu çəkilib, 1714 ev isə sel zonasında qalıb”, - o yazıb.

Şəhər rəhbərinin sözlərinə görə, mühüm əmlakın itməsi faktlarını müəyyən edən komissiya 24 saat ərzində 720 obyektə baxış keçirib. Aprelin 12-dən indiyədək 3390 ünvana müraciət edilib. 81 nəfər - 27 qrup - gündəlik işləyir.

Kozupica əlavə edib ki, evlərdə su təchizatı tədricən bərpa olunur. Problemlərin hələ də qaldığı yerdə su təchizatı davam edir.

E.ŞİRİNOV