Ukraynanın Dnepr şəhərində (keçmiş Dnepropetrovsk) partlayışlar baş verib.

Tezadlar.az bildirir ki, bu barədə “TSN” və “RBC-Ukrayna” xəbər verir.

Yerli ictimai səhifələrdə yayılan xəbərlərə əsasən, partlayışlardan biri Dnepr ətrafında baş verib və güclü olub.

Hadisənin təfərrüatları açıqlanmır.

Moskva vaxtı ilə saat 9.13-dən etibarən Dnepropetrovsk vilayətinin bütün ərazisində hava hücumu xəbərdarlığı qüvvədədir.

Sirenlər qonşu Ukrayna vilayətlərində - Nikolayev, Odessa, Kirovoqrad, Xarkov, eləcə də Çerkassı, Poltava və Sumi vilayətlərində də fəaliyyət göstərir.

Bundan əvvəl Kiyevin nəzarətində olan Zaporojye və Odessa şəhərlərində də partlayışların baş verdiyi bildirilirdi.

E.ŞİRİNOV