Odessa Şəhər Şurası 2024-2025-ci illər üçün proqram qəbul edib ki, bu da vətəndaşları Ukrayna dilindən istifadə etməyə təşviq etməlidir.

Tezadlar.az bildirir ki, bu barədə Ukraynanın Dövlət Dilinin Müdafiəsi üzrə Müvəkkili Taras Kremen özünün Facebook səhifəsində məlumat verib.

Onun sözlərinə görə, proqram “şəhər əhalisinin dil mədəniyyətini təkmilləşdirməli, uşaq və gənclərin Ukrayna dilindən istifadə dairəsini genişləndirməlidir”. Onun bir hissəsi kimi, xüsusən də şəhərin kitabxanalarında pulsuz dil kursları açılacaq, ictimai elanlar yerləşdiriləcək, kütləvi mədəni tədbirlər keçiriləcək.

Proqramın Odessa büdcəsindən maliyyələşdirilməsinin ümumi məbləği 1,8 milyon qrivna təşkil edəcək. Dil üzrə Ombudsman Ukraynanın digər regional mərkəzlərində də analoji proqramlardan istifadə etməyə çağırıb.

Bundan əvvəl Kremen üç aydan sonra Ukrayna televiziyasının rus dilində yayımını demək olar ki, tamamilə dayandıracağını bildirmişdi.

E.ŞİRİNOV