Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının istehsalı sexinə zərbə endirib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi idarənin hesabatında deyilir ki, Rusiya Silahlı Qüvvələrinin aviasiya, raket qüvvələri və artilleriyası P-18 hərtərəfli radiolokasiya stansiyasını məhv edib, həmçinin pilotsuz təyyarələrin istehsalı sexi və Ukrayna Silahlı Qüvvələrinin yanacaq anbarını vurub.

Bundan əlavə, 117 rayonda düşmənin şəxsi heyəti və hərbi texnikası zədələnib.

E.ŞİRİNOV