Litva respublika rəsmilərinin Minskə pilotsuz təyyarə hücumu hazırlamaq planları ilə bağlı bəyanatlarına görə Belarusa etiraz edib.

Tezadlar.az bu barədə TASS-a istinadən xəbər verir.

"Belarus səfirliyinin nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq etiraz notası verilib", - Litva Xarici İşlər Nazirliyi bildirib.

Qeyd olunur ki, Vilnüs Belarus tərəfinə qarşı heç bir düşmənçilik hərəkəti planlaşdırmayıb.

Belarus DTK-nın sədri İvan Tertel Litvanı Minskdəki müəssisələrə pilotsuz təyyarələrlə hücum etməkdə ittiham edib. Onun sözlərinə görə, Belarus xüsusi xidmət orqanları hücumun qarşısını ala bilib.

E.ŞİRİNOV