Dünyanı ağuşuna alan müharibələr təhlükəsi müharibə getməyən ölkələrdəki yemək, geyim, əylənmək üçün çalışanları narahat etmir.

Biz hələ də Qarabağ qələbəsinin sevincini yaşayırıq. Şəhidlərin ağrısını yaşayanların isə əsasını onların ailələri və yaxınları təşkil edir.

Həyat yalnız dərdi olanlar üçün amansızdır. Bir də malik olduqlarına gözü doymayanlar üçün…

Dünya əhalisinin dərdini fikirləşənlər az bir məbləğlə könlü tox olanlardır. Təəssüf ki, bu da onların hər birinə aid deyil.

Özünün və ailəsinin ehtiyacları üçün gecə-gündüz əziyyət çəkənlərin əksəriyyətini düşündürən yalnız qazanclarıdır.

Və dünya nemətlərindən məhrum olmayanların arasında hər cür şükür edən, kasıblara dua edən, onlara qazancını paylayanların da olmasını unutmamalıyıq.

Və onlara bu nemətləri verən də əziyyət çəkən kasıblardı.

Varlıların günü əylənməklə keçərkən, kasıblar öz qazandıqlarına şükür etməklə yanaşı, dünya müharibələrində əziyyət çəkənlər, qırılanlar üçün dua edirlər.

Müharibə qorxusunu da atlatmayan bu təbəqədən fərqli olaraq imkanlılar mənsub olduqları varidatdan məhrum olmaq qorxusu yaşayırlar.

Demək ki, ehtiyaclar hər qorxunu üstələsə də bu ehtiyacların fərqi də özünü büruzə verir.

Nəşəli həyatdan vaz keçmək hər kəsdə fərqlidir.

Amma yeyib, içib, oynamaqdan, şənlənməkdən vaz keçmək məcburiyyətində qalanların ağrısı çörək pulundan məhrum olanların ağrısı ilə eynidir.

Allahın verdiyi dərdin bərabər bölünməsi anlamına inanmayanlara bu sübut olur. Belə bir vəziyyətdə isə dünyanı fikirləşmək nə kasıbın yadına düşür, nə varlının.

Ancaq Allahımız hər halımızda bizdən betərlərin olduğunu da düşünməyə vadar edir. Hər bir ağır sınaq işıqlığa yoldur.

Dünyanı dərk etmək, insanlıq imtahanının varlığına inanmaq, bu imtahandan sağlam çıxmaq üçün əziyyətlərdən çəkinməmək, tək özünü deyil, hər kəsi düşünmək, bacardığın yardımı etmək, lazımi biliklərini paylaşmaq bu yola qovuşmağımızın şərtlərindəndir.

Müharibələrin insanlığa son qoyacağını düşünənlər isə dünya tarixi boyunca baş verən qırğınları unutmamalıdırlar. Bu dövrdə insanların bir-birinə yardımına daha çox ehtiyac olmasını da…

Mənəvi dayaq hər zaman maddi yardımdan önəmli olmuşdur. Plov yeyib azar eşitməkdənsə, duz-çörək yeyib, xoş söz eşitməyin insan varlığının yaşam dünyasında ən önəmli olmağını üzə çıxarması kimi xalq deyimi heç bir zaman köhnəlməyəcək. Təbii ki, bu deyimə qiymət verənlər insani keyfiyyətlərdən uzaq məxluqlara aid deyillər.

Belə ki, təkcə gündəlik qayğılar deyil, əsl insanların bir-birinə bağlılığı, yardımı, dərd və sevinc paylaşımı da dünya faciələrini bir qədər unutdursa da, tək, işsiz qaldığımız zamanlarda bu faciələr gözümüzün önündən getmir, gündəlik ehtiyaclarımız önəmsiz dəliyə qovuşur,

Aydın məsələdir ki, bunlar mənim fikirlərimdir. Fərqli qəlb duyğularına, dünyagörüşünə malik insanlar eyni düşünə bilməz.

Ona görə də hər bir kəsə dünyaya, həyata baxışlarının eyni olduğu, ürək çırpıntılarını paylaşa biləcəyi kəslərin əhatəsində olmağı arzu edirəm.

Belə bir qarmaqarışıq dövrdə həm özümüzü anlatmaq, həm də nə isə öyrənmək üçün yüksək dünyagörüşlü, optimist duyğulara, dərin düşüncələrə sahib, məlumatı geniş insanlarla ünsiyyətdə olmağa çox ehtiyac var.

SƏNUBƏR

senuber-ict_x

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN