Parlamentin Kiyev rejiminin uşaqlara qarşı cinayətlərinin araşdırılması üzrə komissiyası Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinə hüquqi şəxslərin ekstremist kimi tanınması üçün sadələşdirilmiş mexanizmlər hazırlamağı tövsiyə edir.

Tezadlar.az xəbər verir ki, bu barədə Dövlət Dumasının rəsmi saytında dərc olunmuş komissiyanın yekun hesabatında deyilir.

“Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinə Rusiya Federasiyasının Ədliyyə Nazirliyi ilə birlikdə xüsusi hallarda hüquqi şəxsin ekstremist kimi tanınması üçün sadələşdirilmiş mexanizmləri işləyib hazırlamaq tövsiyə edilsin”, - sənəddə göstərilib.

Bundan əlavə, parlamentarilər Rusiya hökumətinə “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələrin ərazisinə ekstremist ədəbiyyatın və digər oxşar materialların idxalı və ixracının qarşısının alınması üçün ümumi yanaşmaların formalaşdırılması üçün təkliflər hazırlamağı” tövsiyə edirlər.

Məlumata görə, Baş Prokurorluğa “yeniyetmələr arasında ekstremist ideyaların qarşısının alınması məqsədi ilə” təhsil müəssisələrində nəzarət tədbirlərinin həyata keçirilməsi tövsiyə olunub. Bundan əlavə, parlamentarilər Rusiya Federasiyasının Təhsil Nazirliyinə “Vətənin təhlükəsizliyinin və müdafiəsinin əsasları” fənni üzrə təlim proqramına “Terrorçu və dağıdıcı təşkilatlara cəlb olunmağa qarşı mübarizə üsulları” modulunu,  Kiyev rejiminin strukturları tərəfindən uşaqların işə götürülməsi ilə bağlı aşkar edilmiş faktlar”ı nəzərə almağı tövsiyə edirlər.

Dövlət Duması və Federasiya Şurası çərşənbə günü keçirilən plenar iclaslarda Kiyev rejiminin yetkinlik yaşına çatmayanlara qarşı cinayət əməllərini araşdırmaq üzrə parlament komissiyasının yekun hesabatını təsdiqləyib. Ötən il iyunun 20-də Dövlət Duması, iyunun 21-də isə Federasiya Şurası komissiyanın yaradılması və parlament araşdırmasının aparılması haqqında qərar qəbul edib. Komissiyaya 13 senator və Dövlət Dumasının 13 deputatı daxil idi. Komissiya, qanuna görə, bir ilə qədər müddətə yaradılır, araşdırmanın nəticələri ölkə rəhbərliyinə göndərilir. Dövlət Dumasının spikeri Vyaçeslav Volodin qeyd edib ki, komissiyanın yekun hesabatı bütün dünya ölkələrinin, o cümlədən Rusiya Federasiyasına dost olmayan ölkələrin parlamentlərinə də göndərilməlidir.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN