İyunun 28-də Baş prokuror Qazaxda vətəndaşları qəbul edəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Kamran Əliyev iyunun 28-də, saat 10:00-da Qazax Rayon Prokurorluğunun inzibati binasında Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qazax rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstaqram, feysbuk və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN