ABŞ-ın keçmiş prezidenti Corc Buş ABŞ-da keçiriləcək seçkilərdə heç bir namizədi dəstəkləməyəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə “NBC News” Buşun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Jurnalistlər Corc Buşun komandası ilə əlaqə saxlayıb və onun prezidentliyə namizəd Donald Trampı və ya Kamala Harrisi dəstəkləməyi planlaşdırdığını soruşublar.

Buşun mətbuat xidməti cavab verib ki, keçmiş prezident və onun həyat yoldaşı Laura bu və ya digər namizədə kömək etmək fikrində deyillər.

"Prezident Buş uzun illər əvvəl prezidentlik siyasətindən təqaüdə çıxıb", - mətbuat xidməti bildirib.

Onlar əlavə ediblər ki, Buşlar və həyat yoldaşı kimə səs vermək niyyətində olduqlarını açıqlamayacaqlar.

Qeyd edək ki, noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçiriləcək. Bu həftə sorğu keçirənlər müəyyən edib ki, amerikalıların 30%-i seçkidən sonra prezident səlahiyyətlərinin dinc yolla ötürülməsinə inanmır.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN