İsveçin müdafiə naziri Pol Conson bildirib ki, Stokholm Ukraynaya 17-ci hərbi yardım paketi ayıracaq.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Consonun sözlərinə görə, paketin həcmi 4,6 milyard kron - hazırkı məzənnə ilə təxminən 443,5 milyon dollar təşkil edəcək. Buraya hərbi texnika üçün sursat və kamuflyaj, PUA-lar üçün təchizat, hərbi geyim, qoruyucu maskalar, Robot 70 insan daşına bilən hava hücumundan müdafiə sistemləri, altı Stridsb t 90 amfibiya hücum kateri və təxminən 67,48 milyon dollar maliyyə yardımı daxildir. Eyni zamanda, Conson əlavə edib ki, bütün paket Ukraynanın istəyi ilə tərtib edilib.

"Hərbi dəstək paketinin həcmi 4,6 milyard krondur", - o deyib.

Bundan əvvəl Pentaqon ABŞ-ın Kiyevə 250 milyon dollar dəyərində yeni hərbi yardım paketi təqdim edəcəyini açıqlamışdı.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN