Sumqayıt Gömrük İdarəsində gömrük təmsilçiləri ilə növbəti görüş keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, görüşdə Dövlət Gömrük Komitəsinin müvafiq struktur bölmələrinin, həmçinin Sumqayıt Gömrük İdarəsinin əməkdaşları və 30-dan çox gömrük təmsilçisi iştirak edib.

Son dövrlərdə gömrük sistemində tətbiq edilən layihələrin gömrük rəsmiləşdirilməsi prosesinin səmərəliliyinin artırılması baxımından əhəmiyyətindən bəhs edilib, həyata keçirilən yeniliklərin  rəqəmsallaşmanın genişləndirilməsi, könüllü riayət prinsipinin təşviqi, əməliyyatların asan və sürətli şəkildə reallaşdırılmasında mühüm rol oynadığı vurğulanıb.

Görüşdə rəsmiləşdirilmə zamanı qarşıya çıxan məsələlərlə bağlı müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib, suallar ətraflı cavablandırılıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN