Bu dəqiqələrdə İmişlidə 9 aydır itikin düşən 11 yaşlı Rasim Xankişiyevin yaxınları və həmkəndliləri Qaragüvəndikli kəndinin avtomobil yolunu bağlayaraq etiraz aksyası keçirirlər.

Tezadlar.az sosial şəbəkələrdəki paylaşımlara istinadla bildirir ki, aksiya səhər saatlarından başlayıb və hələ də davam edir. Əraziyə polis əməkdaşları gəlib, problemə aydınlıq gətirməyə çalışırlar. Rasimin atası Vasif Xankişiyev bildirib ki, 9 aydır oğlunun itkin düşməsi ilə bağlı istintaqın gedişatında heç bir irəliləyiş yoxdur: “Bu işin istintaqı zəif gedir, onun açılmasında əsas adamlar istintaqa niyə cəlb olunmur? Biz də istntaqın hərəkətsizliyinə etiraz olaraq məcbur qalıb yolu bağlamaq qərarı verdik ki, şikayətçi olduğumuz şəxlər istintaqa cəlb edilsinlər. Onlar isə azad gəzirlər...”.

 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun ötən il dekabrın 26-da İmişlidə Boztəpə kanalında batması ehtimal olunur. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb. Lakin istintaq hələki real nəticəyə gəlməyib. Bu da etirazla qarşılanmaqdadır...

ELBAR

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN