İran Silahlı Qüvvələrinin Baş Qərargahı növbəti dəfə Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümünə görə İsrail və ABŞ-dan qisas alacağına söz verib.

Tezadlar.az xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatının mətnini “Tasnim” agentliyi təqdim edib.

Onlar iyul ayında həyata keçirilən əməliyyatı qorxaqlıq adlandırıb və qeyd ediblər ki, “zamanın keçməsi İran İslam Respublikasının tökülən qanların qisasını almaq niyyətinə mane olmayacaq”.

Xatırladaq ki, Haniyə iyulun 31-nə keçən gecə Tehranda təxminən 7 kiloqram ağırlığında döyüş başlığı olan qısa mənzilli mərminin qurbanı olub. Fələstin hərəkatı bu hücumu xain adlandırıb və günahı “sionistlərin” üzərinə atıb. İsrail tərəfi məsələdə iştirakını rəsmən etiraf etməyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN