Avropa Parlamenti öz qətnaməsində Aİ ölkələrini sakinlər arasında Ukrayna üçün silahların alınması üçün könüllü vəsait toplanması təşkil etməyə çağırmaq niyyətindədir.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazır.

Bu gün Strasburqda parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq sənəddə qeyd olunur ki, deputatlar “üzv dövlətlərdən Ukraynaya ikitərəfli hərbi yardımın maliyyə həcminin azalmasından dərin təəssüf hissi keçirirlər”.

Qətnamədə deyilir: “Avropa Parlamenti Ukraynanın fasiləsiz silah təchizatını təmin etmək üçün üzv dövlətlərdə mülki kollektiv maliyyələşdirmə üzrə ictimai səyləri və təşəbbüsləri alqışlayır”.

Avropa Parlamentinin üzvləri, həmçinin cəmiyyətin bu “kritik məsələdə” iştirakını təmin etmək üçün “bütün Aİ-də oxşar təşəbbüsləri təşviq etmək” niyyətində olduqlarını vurğulayıblar.

Bundan əvvəl Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi mənfəəti Ukraynaya hərbi texnika və sursat tədarükü üçün 1,4 milyard avro ayırmışdı. Öz növbəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov belə addımların “cavabsız qalmayacağını” vurğulayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN