Şimali Qazaxıstan vilayətində ev tapşırığını yerinə yetirməmək və iş dəftərini düzgün aparmamaq üstündə yaranan mübahisə nəticəsində qızın anası 11 yaşlı övladını ombasından bıçaqlayıb.

 TEZADLAR.AZ Qazaxıstan KİV-nə istinadən xəbər veriri ki, bunu sosial şəbəkə hesabında ölkənin uşaq ombudsmanı Dinara Zəkiyeva  uşağa qarşı açıq-aşkar qəddarlıq törədilməsi faktına münasibət bildirərkən açıqlayıb. 

Hazırda zərərçəkmişə tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir və həkim nəzarətindədir.

 “İstintaq çərçivəsində törədilmiş cinayətin halları aydınlaşdırılır, istintaq-əməliyyat tədbirləri davam etdirilir. Komissiya yaradılıb, hansı ki, hadisə yerinə gedib və ailəyə baş çəkib. Zərərçəkmiş qızın valideynləri altı uşaq böyüdür və nənə - baba ilə yaşayır. Bu iş mənim şəxsi nəzarətimdədir”, - deyə ombudsman qeyd edib.

 

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN