Yol qəzalarının acı nəticələri ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də sürücülərin yorğun, yuxusuz vəziyyətdə avtomobil idarə etməsi ciddi narahatlıq doğurur. Avtonəqliyyat vasitələrinin idarə olunmasında yol verilən bu kimi hallar təəssüf ki, növbəti dəfə insan həyatına son qoyub.

Tezadlar.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində qeyd olunub. Bildirilib ki, bu gün saat 01:00 radələrində Bakı-Qazax avtomobil yolunun Padar qəsəbəsi ərazisindən keçən hissəsində Mingəçevir şəhər sakini Rəsul Novruzovun idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi yol kənarında dayanan yük avtomobili ilə toqquşub. İlkin ehtimalla sükan arxasında yuxulayan 22 yaşlı R.Novruzov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, uzaq məsafə qət edərkən 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra dayanaraq qısa müddətə istirahət etməyə, bunun üçün DYP-nin stasionar postlarında yaradılmış şəraitdən yararlanmağa çağırır.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN