Abşeron yarımadasında tutqun və rütubətli hava şəraiti  gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

 Milli Hidrometeorologiya Xidmətinin "TƏZADLAR"a verdiyi məlumata görə, sentyabrın 30-da  Bakıda və Abşeron yarımadasında arabir  yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi  əsəcək.  Havanın temperaturu gecə 14-16° isti, gündüz 17-19° isti, Bakıda gecə 14-16° isti, gündüz 17-19° isti olacaq. 

Atmosfer təzyiqi  764 mm civə sütunundan 768 mm civə sütuna yüksələcək. Nisbi rütubət  70-80 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 30-da   Abşeron yarımadasında tutqun və rütubətli hava şəraiti  gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

Azərbaycanın rayonlarında: Arabir yağış yağacağı gözlənilir.  Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimal və şərq rayonlarında güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16°  isti, gündüz 17-22° isti, dağlarda gecə 4-8° isti, gündüz  8-13° isti olacaq.