Ukrayna vətəndaşlarından İsrailə səfərdən çəkinmələri istənilib.

Tezadlar.az bildirir ki, bu barədə postsovet ölkəsinin Təl-Əvivdəki səfirliyindən məlumat verilib.

“Əlbəttə ki, biz vətəndaşlarımıza indi İsrailə turizm məqsədi ilə getməyi məsləhət görmürük. Çünki bu, təhlükəlidir və bir çox aviaşirkətlərin İsrailə uçmaqdan imtina etməsi səbəbindən çətindir”, - deyə Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk bildirib.

Diplomat əlavə edib ki, İsraildə bir hava limanının fəaliyyət göstərməsinə baxmayaraq, Ukrayna vətəndaşları Yaxın Şərqdə münaqişənin gərginləşməsindən qorxaraq səfərlərini təxirə salsalar, daha yaxşıdır.

Bundan əvvəl Qazaxıstanda respublikanın hüquq-mühafizə orqanları Yaxın Şərq regionunda yaranmış gərginliklə əlaqədar Mərkəzi Asiya ölkəsinin ərazisində sinaqoqların və İsrailin diplomatik obyektlərinin təhlükəsizliyinin gücləndirilməsi üçün tədbirlər görüb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN