Həbsdə olan sabiq millət vəkili Rafael Cəbrayılov vəfat edib.

APA-nın əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl COVID-19-a yoluxan Rafael Cəbrayılov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

 

Xatırladaq ki, Rəfael Cəbrayılov dələduzluda təqsirli bilinib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

"TEZADLAR.AZ"