İran hakimiyyəti oktyabrın 1-də İsrailə qarşı kütləvi raket hücumundan sonra tətbiq edilən bütün uçuş məhdudiyyətlərini ləğv edib.

Tezadlar.az bildirir ki, bu barədə İslam Respublikasının Mülki Aviasiya Təşkilatının nümayəndəsi Cəfər Yazarlou məlumat verib.

“Təhlükəsiz uçuşlar üçün bütün şərait təmin edildikdən sonra bütün məhdudiyyətlər aradan qaldırıldı və aviaşirkətlərə səhər saat 5:00-dan (Bakı vaxtı ilə 5:30) uçuşlar həyata keçirməyə icazə verildi”, - IRNA xəbər agentliyi Yazarloudan sitat gətirib. O əlavə edib ki, əvvəllər ləğv edilmiş bütün reyslər üçün biletlərin dəyəri sərnişinlərə ödəniləcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN