Livanın xarici işlər naziri Abdullah Bou Həbib İsraillə münaqişənin sülh yolu ilə həlli üzərində işləmək üçün BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsindən sonra ABŞ-da qalıb.

Tezadlar.az bildirir ki, xarici işlər naziri bu barədə CNN telekanalında məlumat verib.

“Hökumətim mənə sülh naminə işləməyi tapşırıb, ona görə də Livana qayıtmıram”, - Bou Həbib deyib.

Nazir bildirib ki, hazırda Vaşinqtondadır. O əlavə edib ki, sülh üçün dua edir və buna nail olmaq üçün çalışır. Bou Həbib aparıcının Livana dönəcəyi təqdirdə İsrailin ölkənin yeganə beynəlxalq hava limanını vuracağı təqdirdə xarici səfərlər etmək imkanını itirə biləcəyi ilə bağlı ehtimalını da təsdiqləyib.

Bundan əvvəl Livan Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, Livan Hizbullah hərəkatının baş katibi Həsən Nəsrullah ləğv edilməzdən bir müddət əvvəl atəşkəsə razılığını bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN