Gecə ərzində hava hücumundan müdafiə sistemləri Rusiya Federasiyasının üç regionu və Azov dənizi üzərində Ukraynanın 47 pilotsuz uçuş aparatını (PUA) məhv edib və ələ keçirib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ötən gecə Kiyev rejimi Rusiya Federasiyası ərazisindəki hədəflərə pilotsuz uçuş aparatlarından istifadə etməklə terror aktı törətməyə cəhd edərkən növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 47 təyyarə tipli PUA-nı məhv edib və ələ keçirib. 17 PUA Krasnodar diyarı, 16-sı Azov dənizi, 12-si Kursk vilayəti, 2-si Belqorod vilayəti ərazisi üzərində tutularaq məhv edilib”, – məlumatda deyilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN