Bakıda qadın keçmiş tanışı tərəfindən döyülüb.

Hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini Əli Musayev ictimai yerdə keçmiş tanışı N.Xasayevanı döyərək ona sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan bədən xəsarəti yetirib.

Daha sonra qadın Yasamal Rayon Polis İdarəsinə müraciət edib. Polis əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində hadisəini törədən şəxsin yeri müəyyən edilib.

İlkin dindirilmə zamanı müəyyən olunub ki, Ə.Musayev N.Xasayevanı tez-tez ölümlə hədələyərək ondan pul istəyib.

Qeyd edək ki, Ə.Musayev barəsində qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırma aparılır.

E.ŞİRİNOV