İran İnternational" xəbər verir ki, Tehranın İslami Azad Universitetinin tələbəsi hicabın səhv geyindiyinə görə təzyiqlərə məruz qaldıqdan sonra paltarını soyunaraq kampusda gəzib.
Sosial şəbəkələrdə universitetin Elmi-Tədqiqat şöbəsinin həyətində alt paltarında gəzən qızın videosu yayılıb. Başqa bir videoda isə bir neçə kişi onu zorla maşına mindirərək oradan uzaqlaşdırır. Universitet sözçüsü Amir Mahcub bildirib ki, tələbə həbs edilib və onun motivləri araşdırılır. Tələbə nəşri olan Amir Kabir Newsletter xəbər verir ki, qız hicabını səhv geyindiyinə görə "Bəsic" yarımhərbi dəstəsinin üzvləri tərəfindən təzyiqlərə məruz qaldıqdan sonra paltarını çıxarıb, çadrasını və paltarını cırıb. Nəşrin məlumatına görə, həbs zamanı qız döyülüb, o cümlədən başı avtomobilin qapısına dəyib və maşının təkərlərində qan izlərı oıub.
Qadınlar azadlıq istəyirsə, bu niyə siyasi mahiyyət kimi qəbul edilməlidir? Axı ölkənin azadlığı və gücü həm də onun vətəndaşlarının azadlığından və mənəviyyatından keçir... Əksinə, vətəndaşın hüquqları məhdudlaşdıqca, o həmin hüququn özünə qaytarılmasında israrlı olur...
A.Məmmədli