BMT-nin Ümumdünya Ərzaq Proqramı İsrailin Fələstin anklavına ərzaq və humanitar yardımı məhdudlaşdırmağa davam etdiyi üçün Qəzza zolağında aclıq təhlükəsi barədə xəbərdarlıq edir.

Tezadlar.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, bir aya yaxındır İsrailin mühasirəsində qalan Qəzzanın şimalındakı sakinlərə faktiki olaraq heç bir yardım çatmır. BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin məlumatına görə, oktyabrın 1-dən oktyabrın 27-dək cənubda Kerem Şalom keçidindən yalnız 971 yardım yük maşınının zolağa daxil olmasına icazə verilib. “Əl-Cəzirə” qeyd edir ki, bu, gündə təxminən 36 avtomobilə bərabərdir, müharibədən əvvəlki gündəlik 500 avtomobildən xeyli aşağıdır.

2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və əsirlərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. İsrail Fələstin anklavına, Livan və Suriyanın bəzi hissələrinə qarşı qisas almağa başladı.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN