İsrail rəsmiləri inanırlar ki, Fələstin HƏMAS hərəkatı girovlarla bağlı razılaşmaya əməl edəcək və gələn şənbə günü daha dörd əsiri azad edəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə “Jerusalem Post” nəşri adı açıqlanmayan İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Onlar əlavə ediblər ki, İsrail HƏMAS-dan razılaşmanın ilk 42 günlük mərhələsində azad ediləcək girovların adlarının tam siyahısını, habelə onların səhhəti ilə bağlı ətraflı məlumat verməsini gözləyir. Bir həftə əvvəl əldə olunan razılaşmada HƏMAS atəşkəsin yeddinci günündə siyahını təhvil verməyi öhdəsinə götürüb.

Yanvarın 15-i axşam Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani bəyan edib ki, Doha, Qahirə və Vaşinqtonun vasitəçilik səyləri nəticəsində İsrail və HƏMAS Qəzza zolağında atəşkəs əldə etmək və saxlanılan girovların azad edilməsinə dair razılığa gəliblər. 42 gün davam edəcək birinci mərhələdə HƏMAS İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların qarşılığında 33 israilli girovu azad edəcək.

Qətər hökumətinin başçısının verdiyi məlumata görə, İsrail və HƏMAS arasında razılaşmanın həyata keçirilməsinin ikinci mərhələsi Fələstin anklavının bərpasını əhatə edəcək. İsrail rəsmiləri daha əvvəl bildirmişdilər ki, ikinci mərhələ üzrə danışıqlar atəşkəs başlayandan sonra 16-cı gündə başlamalıdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN