...Dəfələrlə yazılıb, şikayət olunub ki, gömrük postlarında vətəndaşa məxsus olan və qanuni yolla əldə edilmiş pul vəsaiti, digər əşyalar müsadirə edilib... Bu, nə dərəcədə əsaslıdır? Tanınmış vəkil Muxtar Mustafayevin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə bəyan olunmamış pul vəsaitlərinin gömrük orqanları tərəfindən müsadirəsinin qanunsuzluğu ilə bağlı verdiyi şikayətləri təmin olunub. Belə ki, Türkiyə vətəndaşı Serpil Par (ərizə № 54563/11) və Yaponiya vətəndaşı Katsunori Hyodo tərəfindən şikayətlər (ərizə № 22428/15) təmin edilərək, “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozulmasını təsdiq etmiş və Serpil Para 210 100 avro, Katsunori Hyodoya 127 500 avro ödənilməsi barədə qərar qəbul etmişdir. "Onu da qeyd etməliyəm ki, bu kateqoriyadan olan 6 işdən 4-ü üzrə Azərbaycan məhkəmələrində ədalətin bərpa edilməsinə nail olmuşdum, yalnız bu iki iş üzrə şikayətlərim yerli məhkəmələrdə təmin edilməmişdi. Güman edirəm ki, bu qərardan sonra Azərbaycan məhkəmələri digər işlərdə olduğu kimi, ədalətli qərarlar qəbul edəcəklər və istintaq orqanları tərəfindən pul vəsaitlərinin qanunsuz müsadirəsinə yol verməyəcəklər. Bu iki işdən fərqli olaraq, vətəndaşların hüquqlarının Azərbaycan məhkəmələrində bərpa edilməsi məni daha çox sevindirmişdir..."
Bəli, haqq nazilsə də üzülməz!Lakin çox maraqlıdır, həmişə olduğu kimi, bu sanksiyanı yenə də qanunsuz qərar qəbul etmiş hakimlər deyil, Azərbaycan dövləti ödəməli olmuşdur... Axı niyə belə hakimlər məsuliyyət daşımırlar?
A.Məmmədli