Gəncədə ölümlə nəticələn yol qəzası baş verib.

Məlumata görə hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını ağaca çırpılıb. Qəza zamanı 2 nəfər ölüb və daha 2 nəfər xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.