Ermənistanın bəzi naşı siyasətbazları Nijde faktoru ilə qalmaqal yaratmaqda nədənsə xüsilə maraqlıdır...

Belə bir qalmaqal bu gün Rusiyada baş verib. Belə ki, Rusiya veteranları Rusiya Erməniləri İttifaqının faşist Qaregin Nijde haqqında film nümayiş etdirməklə Ermənistan ordusunun gününü qeyd etmək təşəbbüsünə qarşı çıxıblar.  “Rusiya veteranları” ümumrusiya ictimai hərəkatı nasizmin və onun əlaltılarının reabilitasiyası üçün bu məsələnin araşdırılmasını və buna hüquqi qiymət verilməsi xahişi ilə Rusiya Baş prokuroru İqor Krasnova müraciət edib. Veteranların müraciətlərində qeyd edilir ki, film Böyük Vətən Müharibəsi illərində Hitlerə xidmət edən erməni millətçisinin tərənnümünə həsr olunub. “Nasist cinayətkarlarına və onların ortaqlarına haqq qazandırmaq üçün edilən istənilən cəhdlər sadəcə tarixin saxtalaşdırılması deyil, eləcə də əxlaqsız xarakter daşıyır”, - veteranlar bildiriblər.

Beləliklə, Ermənistanın Nijdepərəstləri indi də bu yolla Azərbaycanın və Nijdeni faşist kimi tanıyanların əsəbləri ilə oynamaqdadır. Amma əbəs...

A.Məmmədli


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA