"Xəzər TV"-nin əməkdaşı Yusif Kərimli iranlı narkotaciri ifşa edib.

İnstaqram sosial şəbəkəsində azərbaycanlı izləyicilərə narkokuriyerlik təklif edilir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət ''Hosen._n'' adlı instaqram səhifəsindən gedir.

O, tanımadığı azərbaycanlılara yazaraq şirnikləşdirici təkliflər edir, narkokuriyerlikdə gəlirin yüksək olduğunu bildirir.

İran vətəndaşı olduğunu deyən Hosenin yazdığı şəxslərdən biri mən oldum - ''Xəzər Xəbər''in redaktoru Yusif Kərimli. Onun izinə düşərək daha təfərrüatlı məlumatlar əldə etmək istədim. Hosen əvvəlcə təfərrüatları instaqramda danışmağın riskli olduğunu bildirərək, təhlükəsizlik məqsədi ilə vatsapda danışmağımızı təklif etdi.

Lakin bu narkotacirin kimliyini tam müəyyən etmək üçün onunla yalnız görüntülü danışacağımız təqdirdə söhbətə davam edəcəyimi bildirdim. Xeyli tərəddüddən sonra o, razılaşdı. Şərti isə bu idi ki, görüntülü söhbət zamanı narkotik haqda danışmayacaq. Necə deyərlər, havadan-sudan danışmaq adı ilə onun kimliyini daha da dəqiqləşdirməyə çalışdıq. Buyurun tanıyın, böyük vəchlə gəncləri narkokuriyerliyə dəvət edən bu şəxs İranda yaşadığını deyən 27 yaşlı Hoseyndir. Deyir ki, 5 yaşında oğlan övladı da var. Oğul uşağına sahib olan bir gəncin bu zərərli və zəhərli təklifi necə təəssüf doğurmaya bilər?

Söhbətə səsli mesajlarla davam etdiyimiz Hoseynin əsas təklifi İrandan göndərilən narkotikləri Bakıda paylamaq idi.

O, üstəlik bildirdi ki, bu işdə yüksək gəlir var və əldə olunan pul bərabər bölünəcək.

Əlavə edib ki, istənilən narkotik vasitələri göndərə bilər. Yetər ki, narkokuriyer sifarişi vaxtında yerinə yetirsin.

Sözügedən şəxsin səs yazısı ilə bağlı Daxili İşlər Nazirliyindən ''Xəzər Xəbər''ə bildirilib ki, nazirlik tərəfindən narkotik vasitələrin ölkəmizə gətirilməsi və dövriyəsinin qarşısının alınması məqsədi ilə mübarizə tədbirləri gücləndirilib. Bildirilib ki, bu cür səhifələrlə mübarizə məqsədi ilə nazirliyin xüsusi nəzarət qurupu var.

Bəli, biz faktı göstərdik. Son dövrlər narkotik istifadəçilərinin və satışını təklif edənlərin sayının çox olmasının səbəblərindən birini, özü də çox böyüyüyünü ekranlara gətirdik. Xüsuslə qeyd edək ki, sosial şəbəkələr üzərindən fəal olan belə narkotacirlər az qala qarşılarına çıxan hər kəsə bu təklifi edirlər. Azərbaycanda insanların böyük əksəriyyəti sosial şəbəkə istifadəçisi olduğundan təhlükənin böyüklüyü açıq -aydın görünür. Buna görə də hüquq- mühafizə orqanlarının gördüyü tədbirlərlə yanaşı, xüsuslə valideynlər övladlarının üzərindəki nəzarəti artırmalı, gənclərin belə şirnikləndirici təkliflərə aldanmasına imkan verməməlidirlər.

TEZADLAR.AZ videomaterialı təqdim edir:


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA