Tokayev daxili işlər nazirinə günahkarların tapılıb, cəzalandırılmasını tapşırıb.

Qazaxıstanın Almatı vilayətinin Uştobe şəhərində naməlum şəxslər  pravoslav qəbiristanlığında 20 - dən çox xaçı, hasarları, abidələri söküblər.

Artıq hüquq-mühafizə orqanları pravoslav qəbiristanlığında törədilmiş vandalizm faktı üzrə cinayət işini araşdırır. Bu barədə vilayət polis idarəsinin mətbuat xidməti xəbər verib.

"Faktla bağlı Karatal rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 294-cü maddəsi ilə cinayət işi başlanıb.  İstintaq tədbirləri çərçivəsində, cinayəti törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir ”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev daxili işlər naziri Erlan Turqumbayevə Alma-Ata vilayətinin Uştobe şəhərində pravoslav qəbiristanlığını təhqir edən vandalları tapıb, məsuliyyətə cəlb etməyi tapşırıb.

JASMIN