booked.netbooked.net booked.net  

İyunun 24-ü gecə saatlarından etibarən, hava şəraiti kəskin dəyişib. Axşam saatlarında yağan intensiv dolu və leysan yağış nəticəsində çaylarda sululuq artıb.

Son durumla bağlı mətbuata açıqlama verən Daşkəsən Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sahib Əhmədov bildirib ki, vəziyyət pisdir, amma müraciətlərə baxılmır: "Hava şəraiti hazırda qeyri-stabil keçir. Çanaxçı, Qaraqullar, Almalı, Suqovuşan Alaxançallı, Çovdar, Qabaqtəpə kəndləri pis günə qalıb. Sel maşınları, mal-qaranı aparıb, körpüləri dağıdıb. Başçımız o qədər məktublar yazıb, o qədər müraciət edib, baxan yoxdur. Deyirlər ki, rayonda külək belə əsməyib. Külək əsməyibsə, bu yağış haradan yağdı, körpüləri kim dağıtdı?

Fövqəladə Hallar Nazirliyi heç nəyə baxmır, heç nəyə də reaksiya vermir. Biz müraciət etməkdən, aidiyyəti üzrə xahiş eləməkdən, yalvarmaqdan yorulmuşuq. Amma reaksiya verilmir".

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN