booked.netbooked.net booked.net  

Nizami Süleymanoğlu

“TƏHLÜKƏLƏRƏ GÖZ YUMULANDA GÖZLƏRİ ƏBƏDİ YUMAN TƏHLÜKƏLƏR ARTIR”

Sevməyi bacarana bacarmaqdan başqa yol qoymur sevgi. Sevgi ağlagəlməz yeniliklər yaratmağa qadirdir. Özü sevgiyə layiq olmayan sevgili yaza bilməz. Sevgi içdən gələr və ölü haqqında da ölüvay yazmaq olmaz.

Beyin gerçək zənn etdiyinin frekansını yaradar. “Öldürmək istəyirəm” - deyiləndə öldürən insanlar var olunur. “Qarabağ şikəstəsi” Qarabağın taleyində fərqli rol oynadı. Bu ifadədə Qarabağın şikəst olunması frekansı var.

Sərt küləklər kökü dayaz ağacları aşırdır. Otlar isə küləklərin sığalları altında əyilir. Sərt küləklər yatandan sonra yenidən baş qaldırır. Sərt küləklər dünyanı dolaşır.

...Qaranlıqda yazmaq gözüyumulu - gözüyumulu da qaranlıqda yazmaq kimidir. Qaranlıqda yazmağa vərdiş edəndə yazdıqlarını içində görürcəsinə olursan. Ətrafdakı, çöldəki işığa ehtiyac olmur. İşıq yazanın içindəsə işığa - deyilsə, yazmağa nə ehtiyac? Qaranlıqdan qorxmayın, o işığın anasıdır.

İlanda bir hissiyyat var. Anında insanın ona zərər vurub-vurmayacağını bilir. Çalıb-çalması buna görədir. Gərək fikirötürmə (telepatik) ilə bildirəsən ki, ilana zərər vermək niyyətin yoxdur. Onda çalmayacaq. Uşaqlıqdan dəfələrlə təcrübədən keçirdim və anladım ki, insanlar ilandan təhlükəli varlıqdır. Paxıllıqdan, cahillikdən və sairə səbəblərdən sancırlar...

Əslində gələcək də qaranlıq kimidir. Oxuya bilməsən, heç olmasa gərək hiss etməyə çalışasan. Gələcəyi görmək üçün onu yaratmaq lazımdır.

Anlaşılmaz adamları da anlamaq bir anlayışdır. Əsl yaradıcılıq isə hər şeydə Allahı görüb göstərməkdir. İnsanlar işin içinə qatdığı mənfi-müsbət niyyətlərə görə davranır. Şüuraltından gələnləri əngəlləmək olmaz.

Bir dostu tanımaq üçün həyatınızla nə qədər və necə maraqlandığına baxılar. Sadiqlik dərəcələrinə bağlıdır dost münasibətləri. Ortaq dostdan izn alıb, o biri dosta ondan bir “sirr” deyin və yoxlayın “çatdırırmı?” Qalanı sizin seçim.

Kim məni tutursa özündən üstün,

O mənim dostumdur, o məndən üstün.

Yaxşı dost imkan yaradır. İmkan yoxdursa, ya arada əsl dostluq yoxdur, ya da dostunun imkanı... Qorxaq qoxduğunu, aşiq sevdiyini görər.

İnsanlar və xalqlar aşağılanmalara vərdiş etdikcə daha çox aşağılanır.

Sevgi-qorxunun fizioloji-psixoloji əks tərəfidir. Cəmiyyətdə qorxu üstündürsə, sevgi aşağıdır demək. SEVGİ DEMOKRATİYADAN ÜSTÜN BİR ANLAYIŞDIR. Azad dünya (azad ölkələri, xalqları nəzərdə tuturam) demokratiyanı nəyə görə sevir? Toplumlardakı sevginin qələbəsinə görə. Türk dünyası üstün mədəniyyətindən danışır. Ancaq bu üstün mədəniyyət çağdaş siyasi milli mənlik şüurunun səviyyəsi ilə bir araya sığmır.

Tarixin elə döngələri olur ki, artıq keçmişdəki kimi qalmaq imkanları da qalmır. Bizi nə gözlədiyini bilmiriksə, biz nəyi gözləyirik? Bilmirik.

Hiylə gerçəkliyə bürünüb kamuflyaj olunur. Ancaq bu gerçək deyil. Hiylənin gerçəklik görünüşüdür. Hiylənin gerçəkliyə bürünmə ehtiyacının tələblərini analiz etmək gərək ki, hiylənin məqsədi açılmış olsun. Məhz bundan sonra gerçəklik özünü təfərrüatları ilə anlatmış olar. Gözlənilməzlikləri gözlənilən hala necə gətirmək imkanlarını araşdırmaq lazım.

Əcaibdir, dünyanın ac xalqları qorxu yeməkdən doymur ki, doymur. Milli özünüdərkləri elə assimlyasiyaya uğrayıb ki, özünüqoruma mexanizmləri işləksiz hala gəlir. Şüurlarında birlik şüuru yarada bilmədiklərinə görə birləşə də bilmirlər. Ancaq son imkanları bada vermək olduqca təhlükəlidir. Çünki əvvəlkilər güdaza verilib, sonunculardan sonra isə imkanlar tükənmiş ola bilir. Son imkan birlik şüurudur. Birlik şüurunu çarəsizliyin üzərinə gedən çarə kimi qavramaq lazımdır. Haqqa sadiqlik sübut olunmayınca haqsızlığa məruzluq davam edər. Bütün dünyada belədir. HAQQ CƏNNƏT KİMİDİR - BƏDƏLİ AĞIR OLUR. Haqq - sevgidir, sevgidə isə bəhanə yox, sevgi izharı olur. Sevgi İlahi əlaqədir. Sevgi bilik kimidir. Bu bilik xeyir üçün istənilmirsə, işlədilmirsə, şər üçün istənilmiş, işlədilmiş olur. İnsanda və xalqlarda aktivləşən potensial mövcuddur. Bu potensiallar genetikadadır. Hansı genlər aktivləşdirilirsə, onun potensial imkanları artır. Nümunə üçün deyək ki, Azərbaycan xalqında şairlik, bədii təfəkkür geni aktivdir. Ancaq Azərbaycan şeiriyyatında son dövr psixoloji, para-psixoloji, telepatik səviyyə aşağıdır. Təbii ki, humanizm yüksəkdir. Təsadüfi deyil ki, Bertold Nizamini “aləmlərin böyük şairi” kimi görə bilib. Böyüklüyü böyük olanlar görə bilir. Bəs sonra? Uzun illərdir şeirimiz istisna ilə ağlartı ruhu, acizlik, yazıqlıq və sairə məhrumiyyət frekansları yayır. Bu yanlışdır.

Hər söz, ifadə istər yazılı, istər şifahi öz yaydıqlarını cəzb edər. Bununçün kainat sisteminin işləyiş şəklini öyrənib sözlərə oturtmaq şərtdir. Şairlik sadəcə sözləri dalbadal düzüb qafiyələndirməklə deyil, olduqca məsuliyyətli məsələdir.

Frekans (titrəşim-rezonans) astrolojiylə birləşəndə qeyri-adiliklər poeziyada da çox olacaq. Astroloji sonsuz mənbə, ilahi xəzinədir. İnsanlar görünüşlərin arxasındakı hadisələri anlamaqda çətinlik çəkir. Anlamaq üçün formadan çox məzmuna diqqət edilməli ki, mahiyyət müəyyənləşsin. İnsanların davranışları dəyişəndə ürəyi, beyni də dəyişir. TƏHLÜKƏLƏRƏ GÖZ YUMULANDA GÖZLƏRİ ƏBƏDİ YUMAN TƏHLÜKƏLƏR ARTIR. Kainat mesaj dilini sevir. Əlamətlər, işarətlər sonsuz sayda.  Hər şey əslinə, nəslinə dönər. 19-yaşam ağacıdır, 1 başlanğıc, 9 tamamlayıcıdır. COVİD-də 19 rəqəmi təsadüfi deyildi. Biliklə sonuclandırıb tamamlayacağam deyir 19 rəqəmi. Kainatın sirli qanunauyğunluğu “BUMERANQ” yasasındadır. Nə əkərsən, onu biçərsən...

ZAMANLAMADA HƏR ZAMAN ÖZ ZAMANIN SEVƏR. Xalqın milli, mənəvi dəyərləri mövcudluq forması kimi olduqca strateji əhəmiyyət daşıyır. Bu qədim dəyərlərdə xalqları qorumaq özəlliyi mövcuddur.

Ehtiyatların səfərbərliyi nəzəriyyəsi ilə xalqları xilas eliyən onların xarakterləridir.

Çox deyil - dərin çalış, yeniliklər onda olur,

Böyüklük varsa əgər, “DNK”da, qanda olur.

İnsan düşüncədən ibarətdir, düşündüyünü yaşar. Baxın, bütün dünyada insanlar düşüncələrindən vurulur. Həzrət Əli (ə) nə gözəl buyurub: “Kainat dürülmüş, bükülmüş, insana yerləşdirilmişdir”. Biliklə təmasa girilməlidir ki, bilik halı yaşansın, yaransın. Ətir hazırlanan yerdən əlbəttə xoş qoxular gələr. Bilik insanın içinin dərinliyindən çıxar və haqq edənə gələr. Bilikdən üstün olan üstünlük şüurudur. Üstün şüura bağlanmaq şüur halına, şüur səviyyəsinə əsaslanır.

Danışmaqla yazmaq, deyildir asan,

İçində nəsənsə, çölündə osan.

İnsanlar özlərini ruhlandıran, çocduran işlər görməlidir. İnsan bir mövzu haqqında uzun illər düşünəndə ona bilmədikləri də zaman-zaman bildirilir. Özünüifadə insan təbiətinin ən təkidli təlabatıdır. Biz başqalarıyla o zaman maraqlanırıq ki, onlar bizimlə maraqlanmış olsun. Əlbəttə, qondarma olmayan maraqlardan söz gedir.

İnsanın şairliyi seçməsi ilə şairliyin insanı seçməsi fərqlidir. Səmavi hissiyyat sonsuzluqla əlaqədə görmənin xaricində başqa yolların da varlığından əmin olur.

ÜMİDVAR - hətta ümidləri tükənəndə də təslim olmayanlardır.

Bakıya axışıb bölgələr. Dərdlər yığılan küləklər, diləklər, mələklər şəhəri, həm də kələklər şəhərinə çevrilib. 40-da çox Bakı kəndi 40 arşın quyunun dibində. Bakıda övliya Mir Mövsüm Ağa frekansı möhtəşəmdir, əlamətləri sonsuz...

Bakı yalnız Təbrizlə deyil, dərin nəzərlərdə, həm də Tel-Əvivlə qardaşdır. Zaman Allahındır, zaman göstərər.

RUS XALQI MƏLUM SAVAŞI DAYANDIRMIRSA, DEMƏLİ, İSTİSNALARLA TOLSTOYU, DOSTAYEVSKİNİ ANLAMAYIB.

SONDA:

Qarabağ işğal olunandan 30 ildə heç bir dəfə də ürəkdən gülə bilmədim. Demək doğru deyil, ağırdır, ancaq başqa seçim də yox. Bir az səhhət problemlərim var. Açıq danışmağı xoşlayıram. İnsanların haqqımda necə düşünməyi o qədər önəmli deyil. Sözümü kainata göndərirəm. Ağır depressiya altındayam. Müalicə olunmağım lazımdır. Digər məsuliyyətlərim də az deyil. Allah bütün xalqımıza köiək olsun!

P.S. İnsanda pozitivlərlə yanaşı neqativlər də olur. Hətta insanda şeytani gendə var. Elə olmasaydı, şeytan insandakı o gendən tutub, fərqli azdırmalara yönəldə bilməzdi. Uşaqlıqdan o qədər haqsızlığa məruz qaldım ki, neqativlərimi kainatın uyğun gücləriylə birləşib mənə qəsd edən insanlara ölüm, şikəstlik, qəza və sair qəsdlərin cinsinə və dərəcəsinə yönəldiyini dərk etdim. Yüzlərlə paranormal, telepatik, metafizik təcrübələr var Füzulidə. Həmin şəhərdəki yerli xalq cəbhəsindən fərqli olaraq 1988-1993-cü illərdə bu rayona əlimdən gələn köməyi etmişəm. Ancaq pərdə arxasını heç vaxt açıqlamadım.

2004-cü ildə “Simvol” qəzetinin ilk sayını çap etdim. Bu həm də son sayı idi. Zaman sözünü deyəcək. Kitablarımı oğurlayıb öz adına çıxanlara da sui-istifadə edənlərə də, digərlərinə də... 

Kitabıma görə mənə illərcə “Cuhud” istehzası ilə lağ  edənlərə də, sui-istifadə ilə zülm edənlərə də deyirəm. Haqsızlıqlarınızı durdurun! Sizi sosial şəbəkələrdə dünyaya anlatmağa ehtiyac duymasanız bu doğru seçim olar. Anlayış həmişə gözəldir.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN