Məlum olduğu kimi, yay fəslində meşələrdə baş verən yanğın hadisələrinin sayı artır.

Bunun bir səbəbi də insanların təhlükəsizlik qaydalarına riayət etməməsidir.  

***

Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin aparılmasının səmərəliliyini daha da artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə ötən gün Hirkan Milli Parkında açıq hava şəraitində “Yay mövsümündə meşələrdə yanğın təhlükəsizliyi” mövzusunda birgə maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları, cənub regionunun aidiyyəti dövlət qurumlarının nümayəndələri və təsərrüfat sahibləri iştirak edib.

Tədbirdə xüsusi mühafizə olunan təbiət əraziləri, meşə və yaşıllıq ərazilərində baş verə biləcək yanğın hadisələrinə qarşı mübarizə və bu istiqamətdə qabaqlayıcı profilaktik tədbirlərin aparılmasının səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışılıb.

***

Qeyd edək ki, 2022-ci ilin I rübü ərzində respublika ərazisində 3584 təbii və texnogen mənşəli hadisə baş vermişdir ki, bu da 2021-ci ilin I rübü ilə müqayisədə 1445 hadisə və ya 68% çoxdur. 

Təbii mənşəli yanğın hadisələrinin sayı 42 olub.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA