booked.netbooked.net booked.net  

Qazaxıstan gəmisində Ukrayna taxılının ixracı ilə bağlı yayılan xəbərləri QDY də araşdırır.

 QDY "Jibek Jolı" gəmisinin icarədarından Ukraynadan taxıl daşınması ilə bağlı vəziyyətə aydınlıq gətirməsini tələb edib.

Bu barədə “Qazaxıstan Demir Yolu” Milli Şirkətinin (QTY) mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir  ki, “Qazaxıstan Demir Yolu” Milli Şirkəti Qazaxıstanın “Jibek Jolı” gəmisinin icarədarından Ukraynadan taxıl daşınması ilə bağlı vəziyyətə aydınlıq gətirməyi tələb edib.

“Ötən gün KİV-də Ukrayna Baş Prokurorluğunun yük gəmisinin saxlanılması və həbs edilməsi xahişi ilə Türkiyəyə müraciət etdiyi barədə məlumatlar dərc olunub”, - deyə QDY-dən bildirilib.

Həmçinin qeyd edilib ki, şirkətin müraciətinin etibarlılığı Ukraynanın səlahiyyətli dövlət orqanları ilə yoxlanılır və hər iki ölkənin səfirləri ilə aktiv məsləhətləşmələr aparılır.

Daha əvvəl xəbər verildiyi kimi, taxıl satışı sövdələşməsi Estoniyanın “Mangelbert OU” şirkəti ilə Türkiyə tərəfi arasında olub. Avropada qeydiyyatdan keçmiş olan satıcı şirkət əməliyyatın qanuniliyini bəyan edir.

"Vəziyyəti aydınlaşdırmaq və beynəlxalq hüquq pozuntularını istisna etmək üçün QDY gəminin icarədarına bütün təsdiqedici sənədlərlə (müqavilələr, sertifikatlar və s.) mövcud vəziyyətin ətraflı izahatını təcili olaraq təqdim etmək tələbi ilə məktub göndərdi.

QDY beynəlxalq hüquq normalarına riayət etmək öhdəliyinə zəmanət verir”, - deyə milli şirkətdən bildirilib.

Xatırladaq ki, daha öncə QDY Qazaxıstanın "Jibek Jolı" gəmisində Ukraynadan taxıl ixracı ilə bağlı məlumatı şərh edib.

Gəminin sahibi 26 oktyabr 2021-ci ildə Rusiyanın “Green Line” MMC şirkəti ilə berboat-çarter müqaviləsi bağlayıb. “Green Line” şirkəti də öz növbəsində 1999-cu ildən taxıl və neft ticarəti ilə məşğul olan Estoniyanın “Mangelbert OU” şirkəti ilə Ukraynadan Türkiyəyə taxıl daşınmasına dair uzunmüddətli müqavilə bağlayıb.

2022-ci il iyunun 28-də Berdyansk Dəniz Ticarət Limanında buğda (6927,8 ton) yüklənmiş "Jibek Jolı" gəmisi Türkiyənin Karasu limanına yollanıb. “Mangelbert OU”nun rəhbərinin sözlərinə görə, taxıl Ukraynanındır və daşınma Ukrayna tərəfinin xahişi əsasında razılaşdırılmış humanitar dəhliz üzrə həyata keçirilir, - deyə QDY bildirib.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN