“Ötən il orta aylıq əmək haqqı 732,1 manat olub, amma sığorta haqlarında əsas dəyər meyarı 8 min manatdır”.

 Mühim məqamlardan biri sığorta haqlarının necə müəyyənləşdirilməsi və hansı meyarlara uyğunlaşdırılması ilə bağlıdır.

Bu fikirləri millət vəkili, iqtisadçı Vüqar Bayramov  Milli Məclisin Səhiyyə və Əmək və sosial siyasət komitələrinin iyulun 5-də  Şuşada keçirilən “Ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlər, hazırkı vəziyyət və gələcək planlar” mövzusuna həsr edilmiş dinləmədə çıxışı zamanı ifadə edib.

 Millət vəkilinin sözlərinə görə, ötən il orta aylıq əmək haqqı 732,1 manat olub, amma sığorta haqlarında əsas dəyər meyarı 8 min manatdır.

“8 min manat meyarı gəlir vergisində güzəştlər də tətbiq olunur. Belə ki, işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulur. Amma ölkədə orta aylıq əmək haqqı 731 manatdırsa o zaman nə üçün sığorta haqqlarında meyar 8 min manat nəzərdə tutulmalıdır?”, - deyə sual edib.

 Vüqar Bayramov, həmçinin ödənilən məbləğə uyğun premium paketlərin də təklif olunmasına ehtiyac olduğunu bildirib.

 “Yüksək gəlirli sektorlarda çalışan 8 min manat əmək haqqı alan vətəndaşın aylıq tibbi sığorta ödənişi 160 manatdır. Bu illik 1920 manat deməkdir. Həmin vətəndaşımız bu vəsaitə əksər halları əhatə edən könüllü həyat sığortası ala bilərsə o zaman nə üçün o icbari tibbi sığortanın daha geniş xidmətlərdən istifadə edə bilməsin?”, - deyə iradını bildirib.

 

İcbari tibbi sığortanın maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinin və şaxələndirilməsinin ehtiyac var.

  “İcbari tibii sığorta xərclərin 60 faizindən çoxu dövlət büdcəsi hesabına ödənilir. İkinci əsas mənbə vətəndaşların ödədiyi vəsaitlərdir. Bu sığortanın maliyyə mənbələrinin dayanıqlığına təsir edir. Sığortanın maliyyə mənbələrinin dayanıqlığını gücləndirmək üçün digər mənbələrdən vəsaitlərin cəlb edilməsinə ehtiyac var. Təəssüf ki, “re-financing” kimi alələtlərdən istifadə etməklə digər mənbələrdən əldə edilən vəsaitlərin həcmi olduqca azdır”, -deyib.

Vüqar Bayramov büdcədən asıllığın azaldılmasının zəruriliyinə diqqət çəkərək, icbari tibbi sığortanın  tətbiqinin reallaşdığını da vurğulayıb.

 “Xüsusən büdcədən asıllığın azaldılması zərurudur. Çünkü mövcud vəziyyət sığorta mexanizimi büdcə imkanlarından asılı edir.

Bütün bunlar ilə yanaşı, çətinliklərə baxmayaraq icbari tibbi sığortanın tətbiqi artıq reallaşır. Digər tərəfdən, etiraf etmək lazımdır ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi seçicilərimizin problemləri ilə bağlı göndərdiyimiz məsələlərə də həssaslıqla yanaşırlar və umid edirik ki, sistemin təkmilləşdirilməsi üçün maliyyələşmə, sığorta haqqları, hesabatlılığın artırılması ilə bağlı istiqamətlərdə fəaliyyətlər genişləndiriləcək”, - deyə qeyd edib.

 

Y.MƏMMƏDLİ


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA